Van de Bek Zaxaryanın komandasına keçə bilər
17.04.2024 - 15:23
İcarə əsasında Bundesliqa təmsilçisi "Ayntraxt Frankfurt"da çıxış edən mərkəz yarımmüdafiəçisi Donni van de Bek Almaniya çempionatından İspaniya La Liqasına keçə bilər.
Apasport.az xəbər verir ki, "Real Sosyedad" futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Keçid yayda baş verə bilər.
"Transfermarkt" “Mançester Yunayted”lə müqaviləsi davam edən hollandiyalı futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, oyunçu Almaniya çempionatının bu mövsümündə “Ayntraxt”ın heyətində 7 oyun keçirib.
- "Bakı Kuboku" başa çatıb - “Neftçi” YEDDİNCİ OLDU
- İsveçin baş məşqçisi: "Bizi dəstəkləyənlər böyük ürəkli insanlardır"
- Basketbolçu qızlarımız Avropa çempionatına böyük hesablı qələbə ilə start verib - FOTO
- "Xırdalan" turnir cədvəlində dördüncü pilləyə yüksəlib
- Musa Qurbanlı Türkiyə Superliqasına doğru - ÖZƏL
0
0