Van der Sardan yeni müqavilə
10.09.2022 - 00:33
Niderland millisinin sabiq qapıçısı Edvin van der Sar “Ayaks”dakı fəaliyyətini davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Amsterdam klubunun baş direktoru vəzifəsində qalacaq.
O, Erediviziya təmsilçisi ilə yeni müqavilə imzalayıb. Van der Sar 2025-ci ilədək bu postu tutacaq.
Qeyd edək ki, yayda vaxtilə şərəfini qoruduğu “Mançester Yunayted”də eyni vəzifəni tutmaq variantı yaranan futbol veteranı “Ayaks”da qalmağa üstünlük verib.
- "Neftçi" və "Sabah" yüksək məbləğdə cəzalandırıldı, Bojoviç isə...
- Şahmatçımız FIDE Şahmat Akademiyasında
- Transferlər üçün 19,7 milyard avro
- Nicat Qurbanov: "Portuqaliyanın III liqasından futbolçu gətirmək biabırçılıqdır" - MÜSAHİBƏ
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
0
0