Veqhorst “Tvente”də - Niderlandlı hücumçu ilə 2 illik müqavilə
27.06.2026 - 19:31
Niderland millisinin hücumçusu Vout Veqhorstun yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, 33 yaşlı forvard “Tvente”yə keçib.
Son olaraq “Ayaks”da çıxış edən Veqhorst yeni klubuna azad agent kimi qoşulub. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vout Veqhorst karyerası ərzində “Emmen”, “Herakles”, “AZ Alkmaar”, “Volfsburq”, “Bernli”, “Beşiktaş”, “Mançester Yunayted”, “Hoffenhaym” və “Ayaks”ın da formasını geyinib.
0
0