Vieyra daha 2 il “Cenoa”da - RƏSMİ
08.06.2025 - 19:27

İtaliyanın "Cenoa" klubu baş məşqçi Patrik Vieyra ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi fransalı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Patrik Vieyra ötən ilin noyabr ayında "Cenoa"nın baş məşqçisi təyin olunub. "Qırmızı-mavilər" A Seriyasında mövsümü 43 xalla 13-cü pillədə başa vurub.
- "Azərreyl" məğlub olub, "Abşeron"dan qələbə
- Taekvondoçularımız beynəlxalq turnirdə
- Qəzənfər Abbasov: “Millimizin qələbə qazanacağını düşünürəm”
- “Turan Tovuz”un legioneri: "Qarabağ"a qarşı istədiyin nəticəni qazanmaq çətindir" - Müsahibə
- Şəhriyar Əliyev: “Ən azından üçüncü pillədəki yerimizi saxlamaq istəyirik”
0
0