Villian Premyer Liqaya qayıdır
10.08.2022 - 12:51

“Korintians”ın yarımmüdafiəçi Villian İngiltərə Premyer Liqasına qayıda bilər.
Apasport.az saytının məlumatına görə, 34 yaşlı braziliyalı ilə “Fulhem” maraqlanır.
İngiltərə klubunun nümayəndələri Villianın meneceri ilə artıq danışıqlar aparıb. Tərəflərin tezliklə ortaq məxrəcə gəlməsi istisna edilmir.
Qeyd edək ki, Villian 2013-2020-ci illərdə İngiltərədə “Çelsi”nin formasını geyinib, ardından daha bir mövsüm “Arsenal”da çıxış edib.
- “Abşeron” boks klubunun yeni zalının açılışı olub
- “Qarabağ”ın akademiya komandaları üçün seminar
- Paris-2024: Azərbaycan cüdoçusu Olimpiadanın qızıl medalını qazandı! - YENİLƏNİB
- “Qaradağ Lökbatan”ın legioneri: “Məqsədimiz ən üst pillələrdir”
- Çempionlar Liqasında III mərhələnin ilk oyunlarına yekun vurulub
0
0