La Liqa rəhbərliyi ABŞ-də keçirilməsi planlaşdırılan “Vilyareal” – “Barselona” oyununun taleyi ilə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, qurum qarşılaşmanın Mayamidə baş tutmayacağını təsdiqləyib.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Qurumun açıqlamasında qeyd olunur ki, liqanın xaricdə oyun keçirməsi ideyası gələcəkdə yenidən gündəmə gələ bilər, lakin hazırkı mövsümdə bu plan həyata keçirilməyəcək.
Xatırladaq ki, La Liqa rəhbərliyi bir müddətdir liqa oyunlarını ABŞ-də keçirmək ideyası üzərində çalışır. Məqsəd çempionatın beynəlxalq arenada tanıdılmasına və kommersiya baxımından inkişafına nail olmaqdır. Lakin bu təşəbbüs hələlik reallaşdırılmayıb.
- Adil Şükürov: "Bunu bəzi məşqçilər və idarəçilər düşündürməlidir" - MÜSAHİBƏ
- Laurentsiu Reqekampf: "Biz buna öyrəşməmişik"
- Millimizin futbolçusu Almaniya klubunun kapitanı oldu
- Azərbaycan millisinin məşqçisi master klass keçəcək
- DÇ-2026: Almaniya və Niderlanddan darmadağın, Çexiya pley-offda - YENİLƏNİB