Vinisius Junior “Real” tarixində ilk 5-də
04.10.2023 - 11:17
Vinisius Junior Madrid “Real”ında ilk beşliyə daxil olub.
Apasport.az xəbər verir ki, paytaxt klubunun 23 yaşlı hücumçusu Çempionlar Liqasının "Napoli" ilə səfər matçında fərqlənərək, vurduğu qolların sayını 16-ya çatdırıb.
Bununla da braziliyalı oyunçu qitənin bir nömrəli klub turnirində ən çox qol vuranlar sıralamasında həmyerlisi Roberto Karlosa çatmış olub. “Real”ın heyətində yalnız Kriştiano Ronaldo (105), Kərim Benzema (78), Raul (66) və Fernando Morientes (17) daha çox qol vurub.
Qeyd edək ki, “Napoli” “Real” matçı qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.
- "Qarabağ"ın rəqibi İngiltərə Kubokunda növbəti tura vəsiqə qazanıb
- “Qəbələ” də “Sabah”la bacarmadı - YENİLƏNİB
- Avropa Oyunlarında medalı təmin edən idmançımız: “Məqsəd finalda da qələbə qazanmaqdır”
- Azərbaycan komandası Dünya Kubokunda final mərhələsinə vəsiqə qazandı
- Jorj Kaşkilya: "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir“
0
0