Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtz “Liverpul”a keçməyə çox yaxındır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” 22 yaşlı futbolçunun transferi üçün Leverkuzen təmsilçisi ilə prinsipial razılıq əldə edib.
Transferin ümumi dəyəri bonuslarla birlikdə 150 milyon avro təşkil edəcək. Bu da Premyer Liqa tarixinin ən bahalı transferi bilər. Hazırda bu rekord “Çelsi”yə məxsusdur. "Mavilər" Enzo Fernandes üçün 121 milyon avro ödəyiblər.
Virtz “Liverpul”la şəxsi müqavilə şərtlərini iki həftə əvvəl razılaşdırıb. Onun yaxın günlərdə tibbi müayinədən keçməsi gözlənilir.
- Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
- Millimizin baş məşqçisi: "Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır"
- Qurban Qurbanov: "Juninyonun transferi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"
- “Neftçi” – “Rapid” matçının başlama saatı açıqlandı
- Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb