Xabi Alonso daha bir mövsüm "Bayer"i çalışdıracaq
29.03.2024 - 15:56

Bu yay "Bayer"dən ayrılacağı gözlənilən baş məşqçi Xabi Alonso "Liverpul" və "Bavariya" klublarının təklifini rədd edib.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis ən az bir mövsüm daha "Bayer"də qalmaq istəyir.
42 yaşlı baş məşqçi 2025-ci ilin yayına qədər Leverkuzen təmsilçisini çalışdıracaq. Onun 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləsində sərbəstqalma məbləği də göstəriləcək.
Qeyd edək ki, "Bayer" X.Alonsonun rəhbərliyi altında 26 turdan sonra Almaniya Bundesliqasında 70 xalla liderdir.
- "Kocaelispor" Ramil Şeydayevlə yollarını ayırdı
- Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət simvolik “11-lik”
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- "Qarabağ" "Sabah"ı belə məğlub etdi - VİDEO
- "Sumqayıt" sabiq futbolçusunu geri qaytarıb
0
0