Xərçəngdən sağaldı, meydana dönür
21.12.2022 - 17:13
Xərçəng xəstəliyi səbəbindən karyerasına fasilə verən Sebastian Haller yaşıl meydanlara geri dönür.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu yanvarda Dortmund “Borussiya”sının heyətinə qoşulacaq.
İki dəfə əməliyyat olunan və artıq sağalan Hallerin həkimlərin nəzarətində qapalı məkanda məşqlərinə başlamasına da icazə verilib.
Qeyd edək ki, Fil Dişi Sahili millisinin üzvü “Borussiya”ya mövsümün əvvəlində 31 milyon avroya Niderlandın “Ayaks” klubundan transfer olunub.
- “Barselona” “Qızıl top”un qalibi ilə müqaviləni uzatdı
- Stolüstü tennisçilərimiz Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər
- "Neftçi"nin keçmiş baş məşqçisinin yeni ünvanı rəsmiləşdi
- “Nyukasl” ukraynalı müdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır
- Azərbaycanlı hakimlər AVRO-2026 matçına təyinat aldılar
0
0