Xorvatiya futbolunun əfsanəsi vəfat etdi
08.02.2023 - 12:59
Xorvatiya futbolunun əfsanəsi Miroslav Blajeviç vəfat edib.
Apasport.az saytının məlumatına görə, tanınmış məşqçi 88 yaşında ölüb.
O, uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb. Blajeviç Xorvatiya yığmasının tarixinə ilk böyük uğurun memarı kimi düşüb. Onun yetirmələri DÇ-1998-də bürünc medal qazanıb.
Qeyd edək ki, mütəxəssis karyerası ərzində İsveçrə, İran, Bosniya və Herseqovina millilərini də çalışdırıb. Bir sıra klublarda da işləmiş Blajeviç karyerasını 2015-ci ildə “Zadar”da başa vurub.
- DÇ: 2 güləşçimiz finalda - YENİLƏNİB
- "Sumqayıt"ın baş məşqçisi: "Rəqibin təklif etdiyi templə ayaqlaşa bilmədik"
- Georgi Kondruseviç: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"
- Renat Dadaşov İsveçrədə 8-ci qolunu vurdu
- "Neftçi" və "İnter"dən qələbə, "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB
0
0