Xulian Alvarez: "Atletiko" üçün əla şeylər edəcəyinə inanıram"
06.05.2025 - 17:33

İspaniya La Liqası təmsilçilərindən “Atletiko Madrid” yayda “Tottenhem”in müdafiəçisi Kristian Romeronu transfer etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, oyunçunun Argentina millisindən komanda yoldaşı Xulian Alvarez bu məsələ ilə bağlı bir sıra açıqlamalar verib.
Forvard “Atletiko”da çıxış etməsinin futbolçu üçün əla fürsət olacağını bildirib:
“Kristian Romeronun “Atletiko”ya gələcəyini ümid edirəm. Bu komanda üçün əla şeylər edəcəyinə inanıram. “Atletiko Madrid” bir ailə kimidir. Bu klub daha çox Argentina millisinə bənzəyir”.
0
0