Yamal ən yaxşısı seçilib
06.12.2025 - 11:56
“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı vinger səsvermədə Kilian Mbappeni (“Real Madrid”), Antuan Qrizmanni (“Atletiko”), Mikel Oyarzabali (“Real Sosyedad”) və Jerrar Morenonu (“Vilyarreal”) qabaqlayıb.
Qeyd edək ki, Yamal ötən ay La Liqada çıxış etdiyi 4 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
- FIFA U-15 və U-20 dünya çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası baş tutub
- Qurban Qurbanov: "Dəyişiklik üçün hücumda oyunçu azdır"
- Boksçumuz dünya çempionatında gümüş medal qazandı
- "Spartak" - "Əl-Cəzirə" matçı ləğv edildi
- Rüstəm Orucov ACB-nin Atletlər Komissiyasında
0
0