Yenə zədələndi
31.10.2022 - 17:13
“İnter” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu Romelu Lukakunun xidmətindən məhrum olub.
Belçikalı hücumçu son iki ayda ikinci dəfə zədələnib. Əvvəlki zədəsi onun 57 gün ərzində 12 oyun buraxması ilə nəticələnmişdi.
Lukaku bu dəfə ən azı qarşıdakı matçdan kənar qalacaq. O, Çempionlar Liqasının son turunun “Bavariya” ilə görüşündə iştirak etməyəcək. Bu, Romelunun DÇ-2022-də çıxışına mane olmayacaq.
Qeyd edək ki, müqavilə ilə “Çelsi”yə məxsus olan hücumçu icarə əsasında Milan klubunda forma geyinir.
- Arnar Qunnlauqsson: “Azərbaycan millisi düz yoldadır”
- Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı - FOTOLENT
- Portuqaliya Liqasında Kerem Aktürkoğlu bombası: Qyökereşi geridə qoydu
- “Barselona” Fransa klubunun qapıçısını transfer edə bilər
- Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
0
0