Yulian Naqelsmannla yeni müqavilə imzalanıb
24.01.2025 - 14:33
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann milli komanda ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, mütəxəssislə 2028-ci ilə qədər uzadılıb.
2023-cü ilin sentyabr ayından komandanı çalışdıran baş məşqçi ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında da komandaya rəhbərlik edəcək.
Komanda onun rəhbərliyi ilə AVRO-2024-ün 1/4 finalına qədər irəliləyib.
Qeyd edək ki, Naqelsmann əvvəllər Almaniya klubları "Bavariya" "Leyptsiq" və "Hoffenhaym"ı da çalışdırıb. 2021/2022 mövsümündə "Bavariya"nı çempionluğa daşıyıb.
- La Fuente: "İngiltərənin çox yaxşı olduğunu bilirdim"
- Dramatik matç Mahirin komandasını pley-offdan kənarda qoydu
- Arteta: "Mançester Siti" ilə oyun final kimi olmayacaq"
- Sərbəst güləşçilərimiz həlledici görüşlərdə ermənilərlə üz-üzə
- "Qarabağ" və "Şkendiya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
0
0