İngiltərə Premyer Liqası komandalarından "Mançester Yunayted" Onananın çıxışından narazıdır.
Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" buna görə "Real Madrid"in perspektivli qolkiperi Andrey Lunini transfer etmək istəyir.
Mançester təmsilçisi ukraynalını növbəti mövsümdə heyətində görmək niyyətindədir.
Xatırladaq ki, "kral klubu" qapıçını 2018-ci ildə "Luqansk"dan 8,5 milyon avroya heyətinə qatmışdı. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Lunin bu mövsümdə "Real"da 9 oyun keçirib və 12 qol buraxıb.
- “Fənərbaxça”nın futbolçusu İngiltərə yolunda
- Azərbaycanın tanınmış bədii gimnastı karyerasını başa vurub
- Azarkeşləri "Mingəçevir"i ziyana saldı, Qusarda həkim hakimi təhqir etdi - Cəzalar
- Aslan Kərimov: “Qarabağ”la rəqabət aparmaq gecdir”
- Flikin taleyinə Yaponiya və Fransa oyunlarından sonra aydınlıq gələcək