"Mançester Yunayted" kapitanı Bruno Fernandeşi komandada saxlamağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə Portuqaliyanın A Bola nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Premyer Liqa təmsilçisi yaxın vaxtlarda portuqaliyalı yarımmüdafiəçinin komandada qalacağını rəsmən açıqlayacaq. Bununla yanaşı, 31 yaşlı futbolçunun maaşında da artım ediləcək.
Bildirilir ki, yeni maliyyə şərtlərinə əsasən Bruno Fernandeş "Mançester Yunayted"in heyətində ən yüksək əməkhaqqı alan futbolçu olacaq.
Qeyd edək ki, Bruno Fernandeş 2020-ci ilin yanvarından "Mançester Yunayted"in formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 57 oyunda meydana çıxaraq 21 qol vurub və 19 məhsuldar ötürmə verib.
- Azərbaycan əsilli güləşçi Avropa çempionatında ilk medalını qazandı
- Taekvondo üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub - FOTO
- "Kəpəz"in müdafiəçisi "Şamaxı" ilə matçı buraxacaq
- “Fənərbaxça”da seçki yarışı qızışır: Aydınlar qərarını açıqladı
- Mourinyo təsdiqlədi – “Real” Rüdigerlə müqaviləni uzadır