“Yuventus” Alleqrini postunda saxlayacaq
                    
                    06.06.2023 - 10:56
                        
                    
                    “Yuventus”un baş məşqçisi Massimialiamo Alleqrinin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu mütəxəssisi postunda saxlayacaq.
Turin rəhbərliyi 55 yaşlı çalışdırıcını istefaya göndərməməyə qərar verib. Buna əsas səbəb maliyyə durumudur. “Yuventus” ona böyük məbləğdə kompensasiya ödəməmək üçün müqaviləni pozmayacaq.
Qeyd edək ki, “Yuventus” İtaliya A seriyasında 7-ci yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanıb.
                                
                                0
                                
                                0