“Yuventus”: O, satılmır
26.09.2022 - 23:27

Duşan Vlahoviç “Yuventus”da qalacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klublarının maraq dairəsində olan serb hücumçu Premyer Liqa təmsilçisinə keçməyəcək.
İtaliya klubu 22 yaşlı futbolçunu satmaq fikrindən uzaqdır. Bu ilin yanvarında “Fiorentina”dan 81,6 milyon avroya alınan forvard yeni klubundakı 29 matçda 13 qola imza atıb.
Qeyd edək ki, “Yuventus” A seriyasının 7 turundan sonra 10 xalla 8-ci pillədə qərarlaşıb.
- Azərbaycan Premyer Liqasında 17 və 18-ci turun cədvəli açıqlandı
- Filip İvanoviç: "İllərdir, "Qarabağ" Premyer Liqada favoritdir" - Müsahibə
- Fərid Qayıbov Çadın gənclər və idman naziri ilə görüşüb
- Konfrans Liqası: "Çelsi"dən darmadağın, “Betis” yarımfinalın bir addımlığında - YENİLƏNİB
- Üzgüçülər Qusara toplaşır
0
0