“Yuventus” qapıçısını itirdi
09.08.2022 - 17:47

“Yuventus” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin qapıçısı Voyçex Şensnı zədələnib.
Polşalı qolkiper ayaq əzələsindəki xəsarət üzündən üç həftə buraxacaq. O, “Atletiko” ilə yoldaşlıq oyununun birinci hissəsində özünü pis hiss etdiyi üçün əvəzlənib. Bu üzdən Şensnı A seriyasında mövsümün startını buraxmalı olacaq.
Qeyd edək ki, “Yuventus” “Atletiko” ilə qarşılaşmada 0:4 hesabı ilə uduzub.
- “Mançester Yunayted” Antoninin transferindən 50 milyon qazanmaq istəyir
- “Zirə”nin “Makkabi” ilə oyunlarının vaxtı bilindi
- Azərbaycanın iki güləşçisi reytinq turnirində mükafatçılar sırasına düşüb
- Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarının təqvimi bəlli olub
- Azərbaycanın paragüllə atıcısı Serbiyada gümüş medal qazanıb
0
0