"Yuventus" yeni qapıçı ilə müqavilə imzalayır
05.07.2024 - 10:34
İtaliya Seriya A təmsilçilərindən "Monza"nın qapıçısı Mişel di Qreqorio yaxın günlərdə "Yuventus"a keçəcək.
Apasport.az xəbər verir ki, hələ may ayında 26 yaşlı futbolçu ilə “qoca sinyora” arasında ilkin razılıq əldə edilib .
İnsayder Fabrizio Romanonun sözlərinə görə, Qreqorio bu gün Turin komandası ilə müqavilə imzalayacaq. Klub tezliklə italiyalının transferini rəsmən təsdiqləyəcək.
Xatırladaq ki, müqavilə “Yuventus”a 20 milyon avroya başa gələcək.
Ötən mövsüm qapıçı A Seriyasında "Monza" üçün 33 oyun keçirib, 35 qol buraxıb.
- “Mançester Siti” və “Jirona” Çempionlar Liqasından uzaqlaşdırıla bilər
- Bəhlul Mustafazadə: "Futbolda bir epizod səni qəhrəman da edər, biabır da" - Müsahibə
- Çexiyalı məşqçi: “O, gülləkeçirməz olduğunu “Qarabağ” önündə sübut etdi”
- “Benfika” - “Qarabağ” matçında söz sahibi o olacaq
- Mahir Emreli: "Mənə qarşı təzyiq çoxdur"
0
0