"Yuventus"da ciddi itki
04.03.2025 - 14:39

İtaliya A Seriyası komandalarından “Yuventus” ciddi itki ilə üzləşib .
Apasport.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Fransisko Konseysao sıradan çıxıb.
Fransisko Konseysao zədədən nə zaman qayıdacaq?
22 yaşlı cinah oyunçusu 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
Yuventus Fransisko Konseysao üçün "Portu"ya nə qədər ödəyib?
Xatırladaq ki, "Yuventus" futbolçunu ötən il "Portu"dan 7 milyon avro qarşılığında icarəyə götürüb.
Qeyd edək ki, Konseysau bu mövsüm "qoca sinyora"nın heyətində çıxış etdiyi 29 oyunda 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- Messi komandasına kömək edə bilmədi - VİDEO
- İdmançımız İstanbulda birinci oldu
- "Dinamo" - "Qarabağ" matçının biletləri satışdadır
- Françesko Kalzona: “Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir“
0
0