“Yuventus”u “Arsenal”a dəyişir
19.07.2022 - 00:32
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, “Arsenal” Braziliya millisinin üzvünü heyətinə qatmağa çalışır.
Orta sahəni gücləndirmək istəyən londonlular üçün prioritet 26 yaşlı futbolçudur. “Qoca sinyora” bir neçə gün əvvəl Pol Poqba ilə müqavilə bağladığından, Melonu komandada saxlamayacaq. Qışda Melonun keçidini reallaşdıra bilməyən “topçular” indi bu fürsəti dəyərləndirməyə yaxındır.
Qeyd edək ki, Artur Melo ötən mövsüm İtaliya A seriyasında 20 oyun keçirib.
- Azərbaycanlı mütəxəssis Avroliqa oyunlarına təyinat alıb
- “Qarabağ” ev oyunlarını "Tofiq Bəhramov"da keçirəcək
- İspaniya – Portuqaliya oyunu haqda: “Futbolçuların hamısı tükənib”
- "Fənərbaxça"dan sonra "Qalatasaray" da Türkiyə kuboku ilə vidalaşdı
- Ülvi Qənizadə İslamiadada medal sahibi ola bilmədi - YENİLƏNİB
0
0