“Yuventus”u “Lion”a dəyişdi - RƏSMİ
29.07.2026 - 00:36
“Yuventus” hücumçusu Lois Openda ilə müvəqqəti yollarını ayırıb.
Apasport.az xəbər verir ki, Turin klubu Belçika millisinin üzvünün mövsümün sonunadək Fransanın “Lion” klubuna icarəyə verildiyini rəsmən açıqlayıb.
Razılığa əsasən, “Lion” bu keçid üçün “Yuventus”a 3,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, 26 yaşlı forvard 2025-ci ilin sentyabrında Almaniyanın “Leyptsiq” klubundan 42,75 milyon avro qarşılığında “Yuventus”a transfer olunmuşdu. O, Turin təmsilçisinin heyətində keçirdiyi 37 oyunda cəmi 2 qol vurub.
- Azərbaycanın daha bir boksçusu Avropa çempionatının 1/4 finalında
- II Liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
- "Sabah" - "Makkabi" matçına nə qədər bilet satılıb?
- Basketbol Federasiyası uşaq basketbol məşqçilərinə sertifikatlarını təqdim edib
- Azərbaycan millisinin sabiq üzvü Türkiyədə həbs olunub
0
0