“Yuventus”un hücumçusu PSJ yolunda
16.06.2025 - 14:22
“Yuventus”un hücumçusu Duşan Vlahoviç Fransa çempionatına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
25 yaşlı forvarda PSJ maraq göstərir. Liqa 1-in çempionu onu hazırkı transfer pəncərəsində heyətinə qatmağa çalışa bilər.
Vlahoviçin dəyəri təxminən 45 milyon avro olaraq qiymətləndirilir. O, son mövsümdə “Yuventus”un heyətində 41 oyunda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə verib.
- Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 8 medal qazandı
- "Barselona"da ciddi itki
- Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər - Əvəzedicilər Liqasında
- Sənan Abdullayev: "Bu mövsüm də heç bir sponsorla anlaşa bilməmişik"
- İspaniya rəqibini gözləyir - 1/8 finalda Portuqaliya və ya Xorvatiya
0
0