“Yuventus”un üzvü Juninyonun komanda yoldaşı ola bilər
24.01.2025 - 21:27
İtaliya A Seriyası komandalarından “Yuventus”un futbolçusu Danilo karyerasını Braziliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Flamenqo” və “Santos” 33 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Oyunçunun özü də "qoca sinyora"dan ayrılmağa müsbət yanaşır.
Qeyd edək ki, braziliyalı müdafiəçinin “Yuventus”la müqaviləsi mövsümün sonuna kimidir. Futbolçu bu mövsüm 16 rəsmi matçda iştirak edib.
Xarırladaq ki, “Flamenqo” bir müddət əvvəl “Qarabağ”dan Juninyonu transfer edib.
- Banuçiçək Nəsirli Avropa birinciliyinin yarımfinalında
- Xorvatiya millisinin üzvü "Milli Aviasiya Akademiyası"nda
- "Yuventus" hücumçusunu İCARƏYƏ VERİR
- I Liqada ayın ən yaxşı qolunun müəllifi müəyyənləşib
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
0
0