"Yuventus"un yarımmüdafiəçisi klubunu dəyişib
                    
                    25.08.2024 - 15:06
                        
                    
                    İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Fabio Miretti klubunu dəyişib.
Apasport.az xəbər verir ki, futbolçu icarə əsasında "Cenoa"da çıxış edəcək.
21 yaşlı Miretti 2025-ci ilin yayına qədər icarəyə verilib.
Qeyd edək ki, O, ümumilikdə meydana çıxdığı 75 matçda 2 qol vurmağı bacarıb.
                                
                                0
                                
                                0