Zamiq Əliyevin komandası 1 xalla kifayətləndi
26.10.2025 - 13:58
Albaniya Superliqasında 8-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə “Partizani” ilə qarşılaşıb.
Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Görüş 0:0 hesabı ilə başa çatıb.
Ardıcıl ikinci görüşdə heç-heçə oynayan "Eqnatiya" 15 xalla ikinci pillədə qərarlaşıb. Zamiqin komandası lideri “Vilaznia”dan 4 xal geri qalır.
- Arda Güler “Real”ın heyətində növbəti qolunu vurub - VİDEO
- "Mançester Siti" 49 milyon avroya aldığı futbolçu ilə yolları ayırır
- “Qarabağ” doğma Ağdama qayıdır: “İmarət” stadionuna 60 milyonluq investisiya
- Vinisius ilk pillədə, Arda Güler yerində saydı - SİYAHI
- Qurban Qurbanov: "Qarabağ"a sevginin azalmasını istəmirəm"
0
0