"Zirə"nin rəqibi İsveç klubundan futbolçu alıb
13.08.2024 - 16:32
"Zirə"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Osiyek" kollektivi heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, Osiyek şəhərinin eyni adlı komandası mərkəz müdafiəçisi Emin Hasiçi sıralarına qatıb.
21 yaşlı oyunçu İsveçin "Varnam" klubundan transfer olunub. O, İsveçin U-21 millisinin şərəfini qoruyur.
Qeyd edək ki, "Zirə" komandası ilk matçda səfərdə "Osiyek"lə heç-heçə edib - 1:1. Bu komandaları arasındakı cavab qarşılaşması avqustun 15-i "Dalğa Arena"da reallaşacaq.
- "Kəpəz"in futbolçusu bıçaqlanıb: Kimliyi bəlli olub
- Samir Abasov: "Bu, müqaviləsi bitən məşqçiyə aid sual deyil"
- Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi proqrama start verilib - FOTO
- Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
- İsveç futbolunda VAR istəyirlər
0
0