AFFA "Turan Tovuz"u cəzalandırıb
26.12.2024 - 12:22
AFFA "Turan Tovuz"u cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

21 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVIII turun “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilir (maddə 37);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “İmişli” – “Cəbrayıl” oyununda “İmişli” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “İmişli” – “Cəbrayıl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “İmişli” – “Cəbrayıl” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilir (maddə 37);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Mingəçevir” – “Qəbələ” oyununun 89-cu dəqiqəsində “Mingəçevir” komandasının 18 nömrəli futbolçusu Elvin Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Mingəçevir” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Mingəçevir” – “Qəbələ” oyununun 90-cı dəqiqəsində “Mingəçevir” komandasının 7 nömrəli futbolçusu Aqil Nəsibov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Mingəçevir” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Difai” – MOİK oyununun 63-cü dəqiqəsində “Difai” komandasının 73 nömrəli futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Difai” klubu 50 manat cərimə edilir (maddə 36.5);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Difai” – MOİK oyununun 73-cü dəqiqəsində “Difai” komandasının 55 nömrəli futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Difai” klubu 150 manat cərimə edilir (maddə 39.1);

24 dekabr 2024-cü il tarixində I Liqada XI turun “Difai” – MOİK oyununun 90+3-cü dəqiqəsində “Difai” komandasının heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olduğuna görə “Difai” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Difai” komandası 400 manat cərimə edilir (maddə 61.6);

22 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XVIII turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

22 dekabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XVIII turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

20 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Kəpəz PFK-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N1 futbolçu Ramil Sazanov qarşılaşmanın 56-cı dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)

21 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Lion PFK-Asta FK oyununda Lion PFK komandasının heyətində N7 futbolçu Hüseyn Hüseynov qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)

21 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Lion PFK-Asta FK oyununda Asta FK komandasının heyətində N3 futbolçu Rəsul Quliyev qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)

23 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Dinamo(Bakı) FK-Şamaxı FK oyununda Dinamo(Bakı) FK komandasının heyətində N5 futbolçu Yusif Əliyev qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)

21 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Sabah FK –Ulduz FA oyununda  Ulduz FA komandasının heyətində N19 futbolçu Qərib Qürbətzadə qarşılaşmanın 80-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

21 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən EFA – Təhsil N8 İOEUGİM oyunu zamanı  Təhsil N8 İOEUGİM komandasının azarkeşləri tərəfindən oyun boyu hakimlərin ünvanına nalayiq sözlər işlədildiyinə görə İOEUGİM komandasına xəbərdarlıq edilir (maddə 43.7)

22 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Çinar(Göyçay) –Mil(Beyləqan) oyununda  Çinar(Göyçay) komandasının heyətində N9 futbolçu İbrahim Şəfiyev qarşılaşmanın 70-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.3)

22 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Kürmük(Qax) – Qax 1967(Qax) oyunu Qax 1967(Qax) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutması üçün Qax 1967(Qax) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);

21 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Xudat City FA –UGİM(Siyəzən) oyununda  Xudat City FA komandasının heyətində N17 futbolçu Zakir Babazadə qarşılaşmanın 58-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

21 dekabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən Hünər FK –Yasamal FM(Şəmkir) oyununda  Hünər FK komandasının heyətində N9 futbolçu Əziz Bayramov qarşılaşmanın 48-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)

21 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilən Uğur(Sumqayıt)-İOEUGİM(Sumqayıt) oyununda Uğur(Sumqayıt) komandasının baş məşqçisinin köməkçisi Rəşid Ağazadə meydana daxil olaraq hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 42.3)

25 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Zirə PFK-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N16 futbolçu  Həsən Mahmudov qarşılaşmanın 90-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

25 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Sabah FK-Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının heyətində N1 futbolçu  İlknur Babacanov qarşılaşmanın 68-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

21.12.2024-cü il tarixində Yüksək Qızlar liqasının “Neftçi PFK-Sumqayıt FK” oyununun 78-ci dəqiqəsində Neftçi PFK komandasının N7 oyunçusu Manə Mollayeva təcavüzkar davranış səbəbilə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)

21.12.2024-cü il tarixində futzal üzrə Yüksək liqanın 7-ci turu çərçivəsində keçirilən Yasamal Bakı – Araz Naxçıvan oyununda, Araz Naxçıvan komandasının oyunçusu Xəzər Ağalızadə oyunun 36-cı dəqiqəsində,Təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən,bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)

21.12.2024-cü il tarixində futzal üzrə Yüksək liqanın 7-ci turu çərçivəsində keçirilən Yasamal Bakı – Araz Naxçıvan oyununda, Yasamal Bakı komandasının oyunçusu Anar İsayev oyunun 36-cı dəqiqəsində,Təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən,bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)

writer photo
Əlirza Əlirzalı
0