AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
16.01.2025 - 16:08
AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

Apasport.az Paralimpiya Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılarımız iştirak ediblər.

Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.

writer photo
Əlirza Əlirzalı
0