Misli Premyer Liqasının XVI turunun "Kəpəz" - "Zirə" matçından (0:4) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Heç olmasa 2 qol vurmalı idik. Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi. Əks-hücumda qol buraxdıq. Üzücü oyun oldu. "Zirə"ni təbrik edirəm".
- Oyunun əvvəlində Ehtiram Şahverdiyevə qarşı kobulduq olan epizodun təkrarını izləmisiz?
- Əlbəttə baxmışıq. Rəqib Ehtiramı yüz faiz dartır, vurur. Hakimlər zəif komandalara qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq.
- Luis Paçunun zədələnməsi oyununuza təsir etdi?
- Deməzdim. Orxan Əliyevin yüz faizlik 3 epizodu oldu. O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir. Həmin epizodlarda konsentrasiya istənilən kimi deyildi.
- Komanda 9-cu pillədədir. Qışda nələri dəyişmək istəyirsiz?
- Yuxarı pillə ilə də çox böyük məsafəmiz yoxdur. Gücləndircəyimiz mövqelər olacaq. Hələ bu barədə danışmaq tezdir. Qarşıda 2 oyun var. Bu matçları xal baxımından yaxşı dəyərləndirmək lazımdır.
- Premyer Liqada qalmaq sizin üçün uğur sayılacaq?
- Klubun strategiyası Premyer Liqada qalmaqdır. Yuxarı qalxsaq, bizim uğurumuz olacaq. Çox işləmək, səhvləri minimuma endirmək lazımdır.