Oktyabrın 3-ü İtaliyanın paytaxtı Romada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü konqresi öz işinə başlayıb.
Apasport.az saytının məlumatına görə, konqresdə AIPS-in ölkəmizdəki təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndə heyəti də iştirak edir.
Konqresin ilk günü AIPS prezidenti Gianni Merlo və UEFA prezidenti Aleksander Çeferin iştirakçılarla görüşüb.
Bu gün isə qurumun aparıcı qitə təşkilatı Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə seçkilər keçirilib.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti Nərgiz Mahmudzadə böyük səs çoxluğu ilə Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə üzv seçilib.
Seçkidə iştirak edən 39 ölkədən 31-i Nərgiz Mahmudzadəyə səs verib.
Konqres oktyabrın 6-na kimi davam edəcək.
- Lionel Messinin Karyerasının Dönüş Nöqtələri
- Regekampf: "Bu mənim problemim deyil"
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- Neymar nasistlərə dəstəyə görə tənqid olundu
- “İmkanım olsaydı, "Neftçi" rəhbərliyinə özüm yaxınlaşıb deyərdim ki...” - MÜSAHİBƏ