"Azərreyl" yeni mövsümün hazırlığına başladı
22.09.2023 - 20:24
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu yeni mövsümün hazırlığına start verib.
Apasport.az saytı xəbər verir ki, komanda Voleybol Mərkəzində təlim-məşq toplanışı keçir.
“Azərreyl”in hazırlıqlarına türkiyəli baş məşqçi Cengiz Akarçeşme rəhbərlik edir. Təlim-məşq toplanışında 12 voleybolçu iştirak edir. Komanda, əsasən, fiziki məşqlərə üstünlük verir.
Qeyd edək ki, "Azərreyl" Azərbaycan Yüksək Liqası ilə yanaşı, ölkəmizi Çelenc kubokunda da təmsil edəcək.
- 4 boksçumuz finalda, 3-ü bürünc medal qazandı
- CİSM-in idman direktoru: “Azərbaycan idman tədbirlərinə çox ciddi yanaşır"
- AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünü ingilislər idarə edəcəklər
- "Çelsi" azarkeşlərinin istefa tələbi trendə düşdü
- Türkiyə təmsilçiləri ölkənin Olimpiya tarixində ilkə imza atıblar
0
0