"Difai"dən "uşaq" səhvi - NƏTİCƏSİ LƏĞV OLUNDU!
26.12.2024 - 13:04
"Difai"dən "uşaq" səhvi - NƏTİCƏSİ LƏĞV OLUNDU!

Azərbaycan çempionatında daha bir oyunun nəticəsi ləğv edilib.

Apasport.az xəbər verir ki, bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında verilib.

Buna I Liqanın XI turunun “Difai” – MOİK oyununda baş verən hadisə səbəb olub. Matçın 90+3-cü dəqiqəsində “Difai”nin heyətində adı protokolda yer almayan Tahir Zeynalov oyuna daxil olub. 

Nəticədə “Difai”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.

Qeyd edək ki, görüş MOİK-in qələbəsi ilə nəticələnib - 1:0.

writer photo
Əlirza Əlirzalı
0