Elmar Baxşıyev: “Bununla barışmaq lazımdır”
22.12.2024 - 18:50
Elmar Baxşıyev: “Bununla barışmaq lazımdır”

Misli Premyer Liqasının XVIII turunun "Qarabağ" - "Araz-Naxçıvan" matçından (2:0) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

"Yaxşı oyun alındı. Hər iki komanda hərəkətli idi. Qışa kimi göstərdiyimiz oyunların içərisində ən yaxşılardan biri idi. Məğlub olduq. Komanda olaraq yaxşı iş gördük. Qışdan sonra üst pillələrdə yerimizi qoruyaraq, iddiamızı artıracağıq".

- Hakim qolunuzu qeydə almadı. Narazılıq oldu. Sizcə, ofsayd var idi, yoxsa hakim bir xalı əlinizdən aldı?
- Mənim fikrim başqa cür yozulur, hakimlərin başqa cür. Keçən oyunda da penalti var idi. Bizə görə belə idi, onlara görə fərqli. Futbolda olan prosesdir. Bununla barışmaq lazımdır. Amma qərarı verən onlardır. Hörmətlə yanaşırıq. 

- "Araz-Naxçıvan"ın nəticələri bir çoxları üçün gözlənilməz idi. Özünüz üçün necə?
- Heç kəs inanmasa da, bu komandanı mən yığmışam və futbolçuları yığanda da potensialına bələd idim. Yaxşı oyunçularımız var. Qələbələrə ac futbolçulardır. Oyun planında desəm ki, bu komandanı istəyirəm, yox. Daha yaxşı, kreativ ola bilərik oyun planında. Ümid edirəm ki, qışdan sonra oyun planında daha da arıtacağıq. 

- Qış hazırlığı ilə bağlı planlar necədir?
- Ölkə daxilində qalacağıq. Qısa olduğundan burada olacağıq.

- Futbolçu gətirəcəksiz?
- Çox geniş heyətimiz yoxdur. Yeni futbolçular ola bilər. İstədiyim tipdə olsa, güclənməyə həmişə hazırıq.

writer photo
Əlirza Əlirzalı
0