Emreli oynadı, komandası uduzdu
15.12.2024 - 21:54
Almaniya 2-ci Bundesliqasında XVI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" "Köln"ə məğlub olub.
Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Nürnberq"in qələbəsiz oyunlar seriyası 6-ya yüksəlib.
Mahir matçın start heyətində yer alsa da, fasilədə əvəzlənib.
Qeyd edək ki, "Nürnberq" 19 xalla 13-cü pillədə yer alıb.
0
0