Gimnastika Federasiyasının mətbuat konfransı təyyarə qəzasına görə təxirə salınıb
25.12.2024 - 15:31
Gimnastika Federasiyasının mətbuat konfransı təyyarə qəzasına görə təxirə salınıb

Azərbaycan Gimnastika Federasiyasının (AGF) ilin yekununa həsr olunmuş mətbuat konfransı təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu barədə AGF-in mətbuat xidməti məlumatı yayıb.

Tədbirin təxirə salınmasına bu gün baş vermiş təyyarə qəzası səbəb olub. Təxirə salınan toplantının vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

writer photo
Əlirza Əlirzalı
0