İlin ən yaxşı hakimi bəlli olub
25.12.2024 - 10:38
İlin ən yaxşı hakimi bəlli olub

 Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyas (İFFHS) 2024-cü ilin ən yaxşı futbol hakiminin adını açıqlayıb.

Apasport.az xəbər verir ki, İFFHS-in keçirdiyi səsvermədə fransalı Fransua Leteksye 129 xalla dünyanın ən yaxşısı seçilib.

Sloveniyalı Slavko Vinçiç (86 xal) ikinci, italiyalı Daniele Orsato (74 xal) üçüncü olub.

Qeyd edək ki, 2022-ci və 2023-cü illərdə ən yaxşı adına layiq görülən polşalı Şimon Marçinyak bu dəfə 7-ci yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0