Əcnəbi futbolçuların milliləşdirilməsində maraqlı olan AFFA daha bir oyunçunu Azərbaycan yığmasına cəlb etməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, assosiasiya bu dəfə Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Əhməd Əlibəyova göz dikib.
Ötən ilin yayında “Zarya”nın 2 illik icarəyə götürdüyü oyunçunun adı AFFA-nın milliləşmə siyahısındadır. Bəzi futbolçular kimi, onun da yaxın gələcəkdə Azərbaycan yığmasına dəvəti müzakirə olunur. Həmçinin Əlibəyovun özü ilə də bu məsələ ilə bağlı danışıq olub.
Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında oynamış 24 yaşlı dayaq yarımmüdafiəçisi əsas milliyə çağırılmayacağını gözəl başa düşür. Bu üzdən onun təklifi müsbət dəyərləndirməsi istisna edilmir. Yeganə problem Azərbaycan vətəndaşlığı aldıqdan sonra Ukraynada əcnəbi sayılması ola bilər.
Qeyd edək ki, “Dinamo”nun yetirməsi olan Əhməd Əlibəyov Çexiya “Slovan”ı və Rusiya “Ufa”sında da icarə əsasında çıxış edib.
- Poçettinonun qovulması niyə yubanır?
- Serxio Ramosu uzunmüddətli cəza gözləyir
- Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion bəlli olub
- Niyaməddin Paşayev: “Dünya çempionu olmağa potensial taekvondoçularımız var”
- Ramiz Məmmədov: “100 futbolçu üzə çıxara bilmiriksə, futbolu ləğv etməliyik” – OFSAYD