Mahir Emreli "Nürnberq"in rəsmi saytına müsahibə verib.
Apasport.az xəbər verir ki, millimizin üzvü Almaniya təmsilçisinin mətbuat xidmətinə bir sıra mövzulardan danışıb.
"Anamın reaksiyasından oyun zamanı nə qədər həyəcanlandığını hiss edirdim. Bu, kiçik oğlan kimi mənim üçün böyük həyəcana səbəb oldu və futbola belə gəldim. Əlbəttə Londonun "Stemford Bric" stadionunda “Qarabağ” ilk Çempionlar Liqasının oyununu yaxşı xatırlayıram. Şansımız demək olar ki yox idi, amma bu bizim üçün tarixi bir matç idi. Beynəlxalq qarşılaşmalar zamanı səfərdə atmosferinə görə üç stadion yaddaşımda daha dərin iz buraxıb. Bunlar "Borussiya" D, PAOK və "Roma"nın arenalarıdır”.
Emreli legioner həyatı seçməsi ilə bağlı qərarına aydınlıq gətirib: “Azərbaycandan Almaniya, Xorvatiya və ya Polşaya gedən çox futbolçu yoxdur. Azərbaycanlı gənclərə nümunə olmaq üçün bu addımı atdım. Mənim addımım onlara cəsarət verməli və onlar da özlərini sınamağa çalışmalıdırlar”.
Azərbaycanlı futbolçu ölkəmiz haqqında da "Nürenberq"in azarkeşlərinə məlumat verib. Mahir Azərbaycanın tolerant ölkə olduğunu bildirib: “Azərbaycan çox tolerant və müsəlman ölkəsidir, bütün dinləri və mədəniyyətləri birləşdirməyə çalışırıq. Ölkəmdə məscidlər, yəhudi sinaqoqları və xristian kilsələri var. Biz digər mədəniyyətlərlə birlikdə böyüyür və onlarla eyni harmoniyada yaşamağı öyrənirik. Elə bu səbədən fərqli mədəniyyətlərə uyğunlaşmağın mənim üçün heç vaxt çətin olmamasının səbəbi də budur. Hazırda dünyada çox nifrət var. İnsanlara başqa bir yol olduğunu göstərmək istəyirəm”.
O, Almaniyadakı həyatından da danışıb: “Burada milli bayramlar görsəm, çəkib onları da sosial şəbəkədə paylaşacağam. Azərbaycandan olan azarkeşlər üçün buranın mədəniyyəti maraqlıdır. Klubuna sadiq olmağın mənasını Almaniyada daha yaxşı öyrəndim. Əgər meydanda bütün gücünü qoyursansa, bəzi texniki səhvlər bağışlanılır”.
Qeyd edək ki, Emreli Almaniyanın 2-ci Bundesliqasında çıxış edən komandaya transfer olub.
- Dmitri Karamarenko: “Azərbaycanın ilk oyunu səfərdə keçirməsi yaxşıdır” - MÜSAHİBƏ
- “Qarabağ”ın bütün rəqibləri dəqiqləşdi – Çempionlar Liqasında
- Qurban Qurbanov: “Danışmaq üçün asan gün deyil”
- Dünya çempionumuz: "Qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq"
- Rusiyada Birinci Liqanın oyunları təxirə salındı