Azərbaycan millisinin sentyabr perspektivi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri Millətlər Liqasında iki matça çıxacaq.
Komandamızın Slovakiya və Qazaxıstanla görüşləri millinin FİFA reytinqinə təsir edə bilər. Hazırda 1127,17 xalla dünyanın 128-cisi olan Azərbaycan iki matçda hesabını zənginləşdirmək imkanına malikdir.
Çünki bu qarşılaşmalarda hətta heç-heçə də yığmamızın lehinə işləyəcək. Bu da onunla bağlıdır ki, rəqiblər daha reytinqli millilərdir.
De Byazinin yetirmələri iki qələbə ilə 19,7 xal qazanacaq. İki məğlubiyyət isə 10,3 xal itkisi deməkdir.
22 sentyabr. Slovakiya – Azərbaycan
Qələbə: 11,5
Heç-heçə: 4,0
Məğlubiyyət: -3,5
25 sentyabr. Azərbaycan - Qazaxıstan
Qələbə: 8,2
Heç-heçə: 0,7
Məğlubiyyət: -6,8
- Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
- Fransa: “Ümid edirəm ki, əleyhimizə verilən qərarlar dayandırılacaq” - MÜSAHİBƏ
- “Neftçi”nin sabiq futbolçusu "Sevilya"nın marağında
- Zaur Həşimov: "Qarabağ"ın itirəcək bir şeyi yoxdur" - Müsahibə
- "Barselona" və "Bavariya" "Mançester Yunayted"ə rəqib oldu