“Neftçi” daha bir transferini rəsmiləşdirib.
Klubdan apasport.az saytına verilən məlumata görə, macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanıb.
29 yaşlı mərkəz müdafiəçisi komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.
Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.
- "Turan Tovuz" "Qarabağ"ı məğlub edib - Yenilənib
- Elnur Cəfərov: "I Liqada Azərbaycan futboluna xeyir verə biləcək futbolçular var"
- İngiltərə - Fransa: Şanslı yığma açıqlandı
- Gimnastlarımız Portuqaliyada turnirdə iştirak edəcəklər
- “Ordu”nun baş məşqçisi: “Oyunçularım meydanda nə etdiklərini bilmirdilər”