“Neftçi” – “Qarabağ” matçında mövsümün rekordu qeydə alınıb
23.12.2024 - 10:31
Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib.
Apasport.az xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.
İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.
Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.
yer | komanda | oyun | tamaşaçı | Orta |
1 | Turan Tovuz | 9 | 39700 | 4411 |
2 | Neftçi | 9 | 21931 | 2437 |
3 | Sumqayıt | 9 | 21450 | 2383 |
4 | Qarabağ | 9 | 13820 | 1536 |
5 | Sabah | 9 | 12904 | 1434 |
6 | Şamaxı | 9 | 9800 | 1089 |
7 | Kəpəz | 9 | 9650 | 1072 |
8 | Səbail | 9 | 6500 | 722 |
9 | Zirə | 9 | 6400 | 711 |
10 | Araz-Naxçıvan | 9 | 2200 | 244 |
Cəmi | 90 | 144355 | 1604 |
0
0