"Qarabağ"ın futbolçusu "Ferents Puşkas" mükafatına namizəd olub
29.11.2024 - 10:55
"Qarabağ"ın futbolçusu "Ferents Puşkas" mükafatına namizəd olub

"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub.

Apasport.az FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi beynəlxalq yoldaşlıq matçında baş tutan Əlcəzair - CAR matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə namizədlər siyahısında yer alıb.

Qeyd edək ki, martın 26-da keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.

writer photo
Əlirza Əlirzalı
0