“Şamaxı”dan növbəti transfer - Ayxan Abbasov açıqladı
25.12.2024 - 18:56
“Şamaxı”dan növbəti transfer - Ayxan Abbasov açıqladı

"Şamaxı" "Arda"da çıxış edən Cəlal Hüseynov və Estoniyanın "Levadiya" klubunun üzvü Murad Vəliyevin keçidini həll edib.

Bu barədə bölgə klubunun baş məşqçisi Ayxan Abbasov apasport.az saytına açıqlama verib.

Mütəxəssis hər iki futbolçuya güvəndiklərini söyləyib:

"Cəlal Hüseynovu "Arda"dan icarəyə götürmüşük və bizim komandamızda icarə əsasında oynayacaq.  Murad Vəliyev isə birbaşa müqavilə ilə gəlir. Hər iki futbolçunu da tanıyırıq. Cəlal əvvəllər də "Şamaxı"da çıxış edib. Bu komandanı tanıyır. İnanırıq ki, yenidən bizə kömək edəcək. Özünüz bilirsiz ki, heyətimiz çox kasad idi. Komandaya dəvət etdiyimiz oyunçuların hər ikisinin də potensialı var. Həmişə gənc oyunçulara dəstək oluruq. Bir çox gənc futbolçularımız da var. İndiki məqamda özlərini yaxşı tərəfdən göstəriblər. Cəlal və Murad da gənc oyunçulardır. Onların potensialına inanmışıq ki, komandaya dəvət etmişik. Cəlalı təbii ki, tanıyırıq.

Murad Vəliyevə gəldikdə isə onun üçün də böyük sınaq olacaq. Azərbaycan Premyer Liqasında özünü doğrutlmaq üçün şansdır. İnanırıq ki, bundan istifadə edəcək".

writer photo
Əlirza Əlirzalı
0