Santuş millidən gedir, yerinə tanış serb gəlir
06.12.2024 - 13:02
Santuş millidən gedir, yerinə tanış serb gəlir

AFFA Fernandu Santuşu baş məşqçi postundan göndərməyə hazırlaşır. Belə ki, Millətlər Liqasındakı uğursuz nəticələr və millimizin gələcəyə perspektiv verməyən oyununa görə AFFA Santuşla yola davam etmək istəmir. Onu postundan göndərməkdən ötrü təzminat da ödənilə bilər. Əgər tərəflər ayrılığa razı olarsa, portuqaliyalı göndəriləcək. 

Apasport.az saytına verilən məlumata görə, AFFA Santuşu göndərsə də, yeni baş məşqçi də böyük ehtimalla əcnəbi olacaq. Federasiyanın namizəd siyahısı da hazırdır. Həmin siyahıda U-21 yığmamızın sabiq çalışdırıcısı Milan Obradoviçin adı da var. Belə ki, serbiyalı məşqçinin namizədliyi də irəli sürüləcək. 

Qeyd edək ki, Hazırda işsiz olan 47 yaşlı mütəxəssis “Koper”, Serbiya U-19 yığmasında baş məşqçi, Serbiyanın əsas millisində köməkçi işləyib.

writer photo
Əlirza Əlirzalı
0