“Sumqayıt”ın prezidenti ilə jurnalistlər arasındakı məhkəmənin vaxtı bəlli olub
03.12.2024 - 12:31
“Sumqayıt”ın prezidenti ilə jurnalistlər arasındakı məhkəmənin vaxtı bəlli olub

"Sumqayıt" futbol klubunun rəhbəri Riad Rəfiyev jurnalist İxtiyar Əsgərov (Matç.az saytının rəhbəri) və Sports.az saytı barədə Cinayət Məcəlləsinin 1471-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi ilə məhkəməyə müraciət edib.

Apasport.az Modern.az-a istinadən xəbər verir ki, işə Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

İş üzrə hazırlıq iclası 9 dekabr saat 15:00-a təyin olunub.

Qeyd edək ki, həmin maddə üzrə təqsirləndirilən şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

writer photo
Əlirza Əlirzalı
0