Üç idmançımız dopinqə görə cəzalandırılıb
19.12.2024 - 12:29
Üç idmançımız dopinqə görə cəzalandırılıb

Azərbaycanın 1 taekvondoçusu və 2 atleti dopinqə görə cəzalandırılıb.

Apasport.az xəbər verir ki, taekvondoçumuz Səidə Əliyeva, ağırlıqqaldıran Günel Vəliyeva və pauerliftinqçi Rövşən Xəlilov diskvalifikasiya olunublar.

Hər üç idmançının nümunələrində qadağan edilmiş maddələr aşkarlanıb. S.Əliyevada “furosemid”, G.Vəliyevada “methyltrienolon”, R.Xəlilovda isə “metandienone” aşkarlanıb.

S.Əliyeva yarışlardan 2, digər idmançılar isə 4 il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiyanın başlama tarixi bu il fevralın 16-sı göstərilib.

Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib. Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.

writer photo
Əlirza Əlirzalı
0