Azərbaycan Basketbol Liqasında mübarizə davam edir.
Apasport.az xəbər verir ki, "Ordu"nun basketbolçusu İsiah Pope klubun mətbuat xidmətinə açıqlama verib.
O, "Quba"ya uduzduqları (75:101) barədə fikirlərini bildirib:
"Səhvlərdən nəticə çıxarıb daha yaxşı oynamalıyıq. Son qarşılaşmada çox uğursuz çıxış etdik. Meydanda lazımı oyunu göstərə bilmədik. Bəzən belə hallar olur. Ciddi səhvlərə yol verirsən və həmin bunlar da matçın taleyini həll edir. Ancaq çempionat hələ qabaqdadır. Bu səhvlərdən nəticə çıxarıb daha yaxşı oynamalıyıq".
İsiah Pope V turda "Sumqayıt"a qarşı keçirəcəkləri görüşə də toxunub:
"Növbəti oyunda bütün gücümüzü qoymalıyıq ki, qalib gələk. Fikrimcə, həmin matç bizim üçün çox önəmli olacaq. “Quba” ilə məğlubiyyəti yaddan çıxarıb bütün diqqəti həmin oyuna yönəltməliyik".
Qeyd edək ki, "Şəki" - "Lənkəran" oyunu dekabrın 8-də baş tutacaq.